525.Az

Hindistanda ümumi seçkilərin 5-ci mərhələsi başlayıb


 

Hindistanda ümumi seçkilərin 5-ci mərhələsi başlayıb<b style="color:red"></b>

Hindistanda 7 mərhələdən ibarət ümumi seçkilər çərçivəsində seçicilər parlamentin aşağı palatası olan Xalq Məclisinin (Lok Sabha) üzvlərini müəyyən etmək üçün 5-ci mərhələdə səs verməyə başlayıb.

525.az xəbər verir ki, seçkilərin 5-ci mərhələsində 49 dairədə 695-ə yaxın namizəd mübarizə aparır. Bihar, Uttar Pradeş, Carkhand, Maharaştra, Odişa, Qərbi Benqal ştatlarında, həmçinin Cammu Kəşmir və Ladax bölgəsində təxminən 89 milyon seçici səs verməyə başlayıb.

Qeyd edək ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayacaq və 18:00-da başa çatacaq.

Məhəmməd Tağıyev

 





20.05.2024    çap et  çap et