525.Az

Millimizdə ciddi itki


 

Millimizdə ciddi itki<b style="color:red"></b>

Futbol üzrə milli komandamız "Avro-2016"nın seçmə mərhələsində İtaliya və Xorvatiya yığmaları ilə matça ciddi itki ilə çıxacaq.

525.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin futbolçusu Ruslan Abışov zədəli olduğu üçün× Azərbaycan milli komandasının bu gündən etibarən başlayan və oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək.

Bu isə o deməkdir ki, R.Abışov İtaliya və Xorvatiya ilə matçları buraxmalı olacaq.

Xatırladaq ki, millimiz Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.

 





03.10.2014    çap et  çap et