525.Az

Latviya Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıdır


 

Latviya Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıdır<b style="color:red"></b>

Latviya Bakı ilə İrəvan arasında dayanıqlı sülhün əldə olunmasında maraqlıdır.

525.az Report-a istinadən xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Beynəlxalq ictimaiyyətin nümayəndələri Qarabağa nə qədər çox getsə, orada baş verənlərlə bağlı məlumatlılıq bir o qədər çox olar”, - o vurğulayıb.

D.Mierinya həmçinin Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlı Azərbaycanı təbrik edib:

“Dünən Qarabağda biz regionun necə sürətlə inkişaf etdiyini gördük. Yeni hava limanları, məktəblər, binalar gördük. Şuşada da olduq. Qarabağ sürətlə dirçəlir və inkişaf edir, biz bunu görməyə səmimi qəlbdən şadıq” .

 

 





20.05.2024    çap et  çap et