525.Az

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb


 

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb<b style="color:red"></b>

İranda prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar əlli gün ərzində yeni prezident seçkiləri keçirilməlidir. 

525.az xəbər verir ki, bu barədə "IRIB News" kanalı məlumat yayıb.

“İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, birinci vitse-prezident müvəqqəti olaraq prezidentin səlahiyyətlərini yerinə yetirir, qanunvericilik və məhkəmə orqanlarının rəhbərlərindən ibarət şura və vitse-prezidentin  50 gün ərzində  yeni dövlət başçısının seçilməsini təşkil etməlidir”- deyə kanal xəbər verir.

O da  bildirilir ki, yeni İran prezidenti seçkiləri bu ilin iyun və ya iyul aylarında baş tuta bilər. Seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacağı da qeyd edilib.

Havar Şəfiyeva 

 





20.05.2024    çap et  çap et