525.Az

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə yüksəlib


 

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə yüksəlib<b style="color:red"></b>

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 155-ə, itkin düşənlərin sayının isə 94-ə yüksəldiyi açıqlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 2 həftədir davam edən yağışların səbəb olduğu daşqınlar səbəbindən can və mal itkiləri artıb.

Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 155, itkin düşənlərin sayının isə 94 olaraq yeniləndiyi bildirilib. Yaralananların sayı 807, daşqından zərər çəkənlərin sayı 2 milyon 300 mini, köçkünlərin sayı isə 620 mini keçib.

Açıqlamada, təbii fəlakət bölgəsindən 82 min 666 nəfərin xilas edildiyi, 77 min 202 nəfərin isə sığınacaqlarda qaldığı da qeyd edilib.

Malik Atilay 

 





20.05.2024    çap et  çap et