https://525.az/img/pics/medium/2024-06/317901_vfgwt8q68a.jpg “525-ci qəzet”in 21 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-08/234147_qixybawoep.jpg Görkəmli alimin poetik yaradıcılığına bir baxış - Fərman Xəlilov yazır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ta­ri­xin fa­ciə­li və ib­rə­ta­miz əh­va­lat­la­rı - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Hər yaşın öz istəyi var... - Allahverdi Eminov yazır
search
20 İyun 2024

Hidayət Heydərov dünya çempionu oldu

Hidayət Heydərov dünya çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

QOL.az xəbər verir ki, o, finalda hazırkı Asiya çempionu Tatsuki İşihara (Yaponiya) ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Hidayət vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib 

Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.

Xatırladaq ki, ilk dəfə dünya çempionatında finalda mübarizə aparan Heydərov bundan əvvəl bu turnirdə üç bürünc medal qazanıb. Bundan əlavə, bu il o, Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə Avropa çempionu titulunu təmin edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.