525.Az

Bələdiyyə seçkilərinin günü hələ müəyyən edilməyib


 

Bələdiyyə seçkilərinin günü hələ müəyyən edilməyib<b style="color:red"></b>

Dekabrda keçiriləcək bələdiyyə seçkilərinin günü hələ müəyyən edilməyib.
 
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov oktyabrın 3-də “Media forum”a deyib ki, hələ hazırlıq işləri gedir: “Bələdiyyə seçkilərinin günü MSK-nın bir neçə gündən sonra keçiriləcək iclasında müəyyən ediləcək”.

Seçki Məcəlləsinə görə, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır.

Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub. Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Onların səlahiyyət müddəti 5 ildir.

 





03.10.2014    çap et  çap et