525.Az

Səbail rayonunda Qurban Bayramı qeyd olunub


 

Səbail rayonunda Qurban Bayramı qeyd olunub<b style="color:red"></b> Səbail rayonunda Qurban bayramı münasibəti ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən bayram münasibəti ilə qurbanların kəsilməsi təşkil olunub.

20-ci sahədəki «Elay» restoranında baş tutan tədbirdə Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri, eləcə də ictimai birlik və cəmiyyətlərin iştirak edib. Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev Qurban Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Y. Allahverdiyev Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə və s. ehtiyacı olan ailələrə - ümumilikdə 5 mindən çox ailəyə qurban payları təqdim ediləcəyini bildirib.
 





03.10.2014    çap et  çap et