Azərbaycan millisinin iyunun 7-də Albaniya və 11-də Qazaxıstan yığması ilə Macarıstanda keçirəcəyi beynəlxalq yoldaşlıq görüşlərinin hakim təyinatları açıqlanıb.
525.az AFFA-nın saytına istinadən xəbər verir ki, Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçiriləcək hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək:
7 iyun
21:00. Albaniya - Azərbaycan
Baş hakim: Mihali Kaprali
Baş hakimin köməkçiləri: İstvan Albert, Gerqo Vigh-Tarsonyi
Dördüncü hakim: İstvan Vad
“Haladas SportKomplexum”
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Bence Csonka
Baş hakimin köməkçiləri: Theodoros Georgiu, Balazs Szalai
Dördüncü hakim: Reka Molnar
“Haladas SportKomplexum”