525.Az

Polşada Rusiya ilə əlaqəsi olan 9 şübhəli saxlanılıb


 

Polşada Rusiya ilə əlaqəsi olan 9 şübhəli saxlanılıb<b style="color:red"></b>

Polşada Rusiyanın təxribat aksiyalarında iştirak etdiyi iddia edilən 9 şübhəli saxlanılıb.

525.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk açıqlamasında: "Hazırda 9 nəfər saxlanılıb və Rusiya xidmətlərinin tələbi ilə Polşada diversiya aktlarında bilavasitə iştirak etməkdə ittiham olunur", - deyib.

Tusk saxlanılanların Ukrayna, Belarus və Polşa vətəndaşları olduğuna diqqət çəkərək, bu şəxslərin muzdla alındığını və Polşa, Litva, Latviya və ola bilsin ki, İsveçdə hücum cəhdləri etdiklərini bildirib.

Məhəmməd Tağıyev

 





21.05.2024    çap et  çap et