525.Az

Yaponiyada 6 bal gücündə zəlzələ


 

Yaponiyada 6 bal gücündə <b style="color:red">zəlzələ</b>

Yaponiyanın paytaxtı Tokionun cənubunda, Oqasavara adaları yaxınlığında 6 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, episentri Oqasavara adaları yaxınlığında olan 6 bal gücündə zəlzələ yerin 50 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Qeyd edək ki, Bonin adaları kimi tanınan Oqasavara adaları Yaponiyanın paytaxtı Tokiodan 1000 kilometr cənubda və Qərbi Sakit okeanda Quam adasından 1600 kilometr şimal-qərbdə yerləşir.

Malik Atilay

 





21.05.2024    çap et  çap et