525.Az

ABŞ: Ukraynaya ehtiyacı olan dəstəyi göstərməyə davam edəcəyik


 

ABŞ: Ukraynaya ehtiyacı olan dəstəyi göstərməyə davam edəcəyik<b style="color:red"></b>

ABŞ-nin müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyini bəyan edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Ostin, əksəriyyəti Avropadan olan 50-yə yaxın ölkənin daxil olduğu Ukrayna Müdafiə Əlaqələri Qrupunun 22-ci video konfransında çıxış edib.

Rusiyanın Ukraynada artan hərbi əməliyyatları səbəbiylə: "Çətinlik anında görüşürük", - deyən Ostin: "Ukraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyik. ABŞ üzərinə düşəni etməkdə qərarlıdır", - deyə əlavə edib.

"İndi Ukraynaya göndərdiyimiz təhlükəsizlik yardımı bu mübarizədə əsl fərq yaradacaq", - müdafiə naziri vurğulayıb.

Ukrayna Müdafiə Əlaqələri Qrupunun 2022-ci ilin fevralından bu yana Ukraynaya 95 milyard dollardan çox hərbi yardım göstərdiyini qeyd edən Ostin, Ukraynanın təhlükəsizliyinin Avropa və qlobal təhlükəsizliyin, eləcə də ABŞ-nin təhlükəsizliyinin mərkəzində olduğunu iddia edib.

Qeyd edək ki, Ukraynaya verilən 95 milyard dollardan çox hərbi yardımın təxminən 50,6 milyard dollarını təkcə ABŞ öz üzərinə götürüb.

Malik Atilay 

 





21.05.2024    çap et  çap et