525.Az

Şirindil Alışanlının 60 illiyi Yazıçılar Birliyində qeyd olunub (FOTOLAR)


 

Şirindil Alışanlının 60 illiyi Yazıçılar Birliyində qeyd olunub<b style="color:red"> (FOTOLAR)</b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda ədəbiyyatşünas alim Şirindil Alışanlının 60 illik yubileyilə bağlı tədbir keçirilib.

525.az-ın məlumatına görə, t
ədbiri giriş sözü ilə AYB-nin katibi Arif Əmrahoğlu açıb. O, çıxışında bildirib ki, Şirindil Alışanlı müasir elmi nəzəriyyəyə dərindən bələd olan, dayanmadan bu sahədə mütaliə edən dəyərli bir ədəbiyyatşünas alimdir: “Şirindilin çox yaxşı xüsusiyyətlərindən biri odur ki, yazdığı qədər oxuyur, “pisxüsusiyyəti odur ki, oxuduğu qədər yazmır. Onun yüksək səviyyəli mütaliə qabiliyyəti yazılarında özünü çox qabarıq şəkildə büruzə verir. Şirindil bizim nəslin, bütün ömrünü ədəbiyyata həsr edən nümayəndələrindəndir. Bizim nəslin, mən daxil olmaqla bir çox nümayəndələri başqa sahələrdə çalışdıq, amma Şirindil ilk gündən harada işləyirdisə, indiyə qədər ünvanını dəyişmədi. O artıq uzun illərdir ki, Ədəbiyyat İnstitutunda çalışır orada həyata keçirilən bir çox islahatlar məhz onun adı ilə bağlıdır”.

 

Nitqini təbrik sözləri ilə bitirən Arif Əmrahoğlu çıxış üçün sözü AYB-nin sədri, Xalq yazıçısı Anara verib: “Mən Şirindili 20 ildir tanıyıram. İstər zahiri görkəmində, istərsə yazıb-yaratmaq həvəsində Şirindil elə 20 il əvvəlki kimi qalıb. 60- illərdə ədəbiyyata bir çox yazıçı, şair gəldi. Onda tənqidçilər hələ yox idi. Bu baxımdan da Şirindil Alışanlını Azərbaycan ədəbiyyatına gələn birinci tənqidçilərdən hesab etmək olar. Onun Azərbaycan ədəbiyyatı ilə bağlı yazdığı bir çox məqalələr var ki, onlar gələcək nəsillər üçün dəyərli bir mənbədir”.

 

Filologiya elmləri doktoru Teymur Kərimli ilk növbədə bu cür görkəmli alimlərə qarşı qədirşünaslıq nümayiş etdirdiyi üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Şirindil Alışanlı ilə bağlı xatirələrindən bəhs edən T. Kərimli onun dəyərli bir ədəbiyyatşünas olmaqla yanaşı, həm yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət olduğunu diqqətə çatdırıb: “Biz Şirindil Alışanlı ilə artıq 42 ildir ki, yol gəlirik tanıdığım gündən etibarən heç vaxt onunla dost, həmkar olmaqdan peşman olmamışam. 60 yaş gəncliyin zirvəsi hesab olunur. Mən inanıram ki, bundan sonra Şirindil daha çox yazıb-yaradacaq, Azərbaycan ədəbiyyatının inkişafı üçün əlindən gələni əsirgəməyəcək”.

 

Professor Kamran Əliyev vurğulayıb ki, Şirindil Alışanlını qiymətləndirmək ədəbiyyatı, elmi qiymətləndirməkdir. Professor Məhərrəm Qasımlı çıxışında bildirib: “Ədəbiyyat İnstitutunun taleyində 30 il bundan əvvəl baş verən yeniləşmə indi davam edir. Şirindil Alışanlı indi istedadlı insanları axtarıb tapıb instituta cəlb edir. Onun elmi dəyərləndirmələrində bir obyektivlik var. Şirindil olduqca  konseptual düşüncəyə malik insandır. Onun elmi nəzəri dəyərləndirmələrinin istiqaməti çox gözəldir.  Şirindilin çox kitabı var amma bir kitabının adı –“Sözün estetik yaddaşı”- onun öz obrazıdır”.

 

Professor Nizaməddin Şəmsizadə deyib: “Bu gün mənim üçün çox xoş gündür. 60 yaş olduqca maraqlı bir yaş dövrüdür. Bu yaş gəncliyin zirvəsi hesab olunur biz bu zirvəyə birlikdə gəlmişik. Bu il həm bizim Şirindil ilə tanışlığımızın 40 ili tamam olur biz bu 40 ildə olduqca şirin, səmimi bir yol keçmişik. Biz bu gün bu səviyyədə olduğumuz üçün öz müəllimlərimizə minnətdarıq. 60- ildə ədəbiyyata yeni bir nəsil gəldi. Bu dövrdə bizim üçün bir şərait yarandı. Biz o nəsli oxuyaraq tənqidçi olduq təhsil tənqidindən təhlil tənqidinə keçməyin əsasını qoyduq. Bu nəslin başında duran nümayəndələrdən biri Şirindil Alışanlı oldu. O istəsəydi, bizdən əvvəl alim ola bilərdi, amma o əvvəlcə bizləri yetişdirdi sonra özü müdafiə etdi”.

 

Filologiya elmləri doktoru Asif Rüstəmli Ş.Alışanlının obyektiv insan olduğunu, zahirən realizmin heykəlinə bənzəsə , romantizmdən yazdığını diqqətə çatdırıb Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi adındanFədakar alimfəxri adını əməkdar rəssam Cabbar Oğuzun çəkdiyi portreti alimə təqdim edib.

 

Tənqidçilər Qurban Bayramov, Vaqif Yusifli, Fəridə Vəlixanlı, filologiya elmləri doktoru Sara Osmanlı  da çıxış edərək yubilyarı təbrik edib, onun haqqında xoş sözlər söyləyiblər. Tədbirin sonunda Şirindil Alışanlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara, həmçinin tədbirin təşkilində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.

 

GÜNEL

 

 





13.11.2012    çap et  çap et