525.Az

Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı deputatdan iddia


 

Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı <b style="color:red">deputatdan iddia</b>

Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsdin arxasında anqlosakslar dayanır.

525.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya Bosniya və Herseqovina Parlament Assambleyasının deputatı Sanya Vuliç bildirib.

O xatırladıb ki, ABŞ və Böyük Britaniya itaətsiz dövlətlərə qarşı güc tətbiq etməyə üstünlük verir: “Fikonun əmrlərini yerinə yetirməkdən imtina etdiyini güman edə bilərik. Anqlo-saksonlar onu xəbərdar etmək istəyiblər".

Xatırladaq ki, jurnalist Timur Şafir bir müddət əvvəl Robert Fikoya sui-qəsdin beynəlxalq siyasətdə mürəkkəb oyunun kiçik bir hissəsi olduğunu bildirmişdi. Onun fikrincə, slovak siyasətçinin seçdiyi kurs ölkənin suverenliyini qorumaq məqsədi daşıdığından Brüssel və Londonda narazılıq yaradıb.

Havar Şəfiyeva  

 





21.05.2024    çap et  çap et