525.Az

"Şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək hər bir müəllimin borcudur"


 

"Şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək hər bir müəllimin borcudur"<b style="color:red"></b>

5 oktyabr dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da Müəllim Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində Azərbaycan Respublikasının əməkdar müəllimi, Ağdam şəhər 32 saylı orta məktəbin fizika müəllimi Leyla Quliyeva (Bağırova) ilə görüşdük.

Leyla xanım Qarabağ bölgəsinin tanınmış ziyalılarından biri olmaqla yanaşı, müəllim adını şərəflə təmsil edən insanlardandır. Müəllim Günü ərəfəsindəki görüşümüz zamanı ondan ilk əvvəl özü haqda məlumat verməsini xahiş etdik.

- 1949-cu il sentyabrın 2- Ağdam rayonunun Şıxbabalı kəndində ziyalı ailəsində anadan olmuşam. Altı yaşımda məktəbə gedib 1966- ildə Şıxbabalı kənd orta məktəbini medalla bitirmişəm. Məktəb illərində rəqs dərnəyində, şeir dərnəyində, olimpiadalarda iştirakımı heç vaxt unutmuram. 9-cu sinifdə oxuyarkən respublika riyaziyyat olimpiadasında akademik Maqsud Cavadov tərəfindən mükafatlandırılmışam. 11-ci sinifdə fizika olimpiadasında ikinci yerə çıxaraq professor Abbaszadə tərəfindən diplom mükafata layiq görülmüşəm.

- Məktəb illərindən ən yadda qalan xatirəniz nədir?

- 11-ci sinifdə oxuyarkən çox maraqlı bir hadisə mənim həyatımda ömürlük iz qoydu. 1966- ilin may ayının əvvəlləri idi. Ədəbiyyat dərsində idik. Birdən qapı döyüldü sinifə üç nəfər daxil oldu. Onlardan ikisini mən tanıyırdım, ancaq digər bir nəfəri tanımadım. Məktəbin direktoru Ağdam Təhsil Şöbəsinin müdiri arxa partalardan birində əyləşdilər. Lakin orta boylu, mülayim görkəmli üçüncü şəxs lövhəyə yaxınlaşdı. Ədəbiyyat müəllimim dərhal məni lövhəyə dərs danışmağa çağırdı. Ani olaraq müəllimin üzünə baxdım. Onun rəngi qaçmışdı sanki. Mən bir az qorxdum, fikirləşdim, görəsən, bu gələn kimdir? Gələn respublikanın maarif naziri, akademik Mehdi Mehdizadə imiş. Mən onu necə tanıya bilərdim? Nazir mənə yaxınlaşıb dərsimizin mövzusunu soruşdu. Mən isə sinifdən xaric oxu olduğunu söylədim. Ən çox sevdiyim şairlərdən olan Səməd Vurğunun "Aygün" poemasından bir parça öyrənmişdim. Maraqlı hissə idi. Aygün Əmirxandan küsüb gedir, şair onun acınacaqlı həyatını təsvir edir. Onu da qeyd edim ki, mənim fizikanı, riyaziyyatı sevməyimə baxmayaraq, deyilənə görə, çox yaxşı diksiyam var idi. Həmişə tədbirlərdə şeir söyləyərdim. Şeir əzbərləmək mənim üçün çox asan idi. Öyrəndiyim hissəni söylədim: az, çox, düz 45 dəqiqə. Zəng vuruldu, dayandım. Ancaq heç kim tərpənmirdi. Elə yanımda dayanan mərhum nazirimiz . Demə, şeir deməyim onu heyran edib. Qəfil soruşdu: "Qızım, şeiri deyib, qurtardın?" Cavabında söylədim "Yox, zəng vuruldu". Bu cavab nazirin xoşuna gədi. Dedi: "Yəni hələ yenə əzbər bilirsən?" Mən etiraf edirəm ki, demək olar o zaman poemanın çox hissəsini əzbər bilirdim, hələ indi yadımdan çıxmayıb. Bir neçə gün sonra Qarabağ üzrə zona müşavirəsi keçirən nazir çıxışı zamanı deyib: "Mən 500 məktəbdə oldum. Ancaq Qarqar çayının sahilində yerləşən köhnə bir məktəb binasında təhsil alan qızcığazın səsi mənim qulaqlarımdan getmir. O qız əsl medala layiqdir deyərək əli ilə Ağdam rayon Təhsil Şöbəsinin müdirinə işarə edib". Nazirin təklifi ilə mən Şıxbabalı kənd orta məktəbini qızıl medal ilə bitirdim. Bu, mənim ilk böyük qələbəm idi. Çünki oxuduğum məktəbdə medal alan ancaq mən olmuşam.

- Bəs, ədəbiyyata bu qədər sevgisi olan insan  niyə fizika müəllimi oldu?

- Genimdə olan bir hiss məni fizika müəllimi olmağa vadar etdi. Buna peşman deyiləm. Məktəbi bitirdikdən sonra sənədlərimi Bakı Dövlət Universitetinin Fizika fakültəsinə verdim. Fizikadan əla qiymət aldım, digər imtahanlardan azad oldum. Beş il 126- qrupun qrup nümayəndəsi oldum. K. Köçərlinin rəhbərliyi altında diplom işi yazaraq onu əla qiymətlə müdafiə etdim. Beləliklə, 1971-ci ildə fizikşünas ixtisası ilə universiteti bitirdim. Bu gün mən öz peşəmi sevirəm, dərs dediyim şagirdlərə sevdirirəm.

- Universiteti bitirdikdən sonra harda çalışmısız?

- Təyinatla 22 il - Ağdamın işğalına qədər Şıxbabalı kənd orta məktəbində böyük həvəs, böyük enerji ilə fəaliyyət göstərdim. Pedaqoji sahədə yeniliklər etmək, metodikada dəyişiklik etmək, sinifdən xaric işlər təşkil etmək, bir ciddilik tələbkarlıq mənə gənc yaşlarımdan uğurlar gətirdi. Çox qısa zamanda həm məktəbdə, həm rayonda tanındım. Şagirdlərimin sorağı respublikamızın ali məktəblərindən, SSRİ-nin digər şəhərlərinin universitetlərindən gəldi. Keçirdiyim tədbirlər, konfranslar, yarışlar, təşkil etdiyim "fiziklər klubu" rayona səs saldı.

- Bildiyimizə görə, sizin bir çox yazılarınız mətbu orqanlarda işıq üzü görüb. Bir qədər bunun haqqında məlumat verərdiz.

- Müəllimlik fəaliyyətimlə yanaşı pedaqoji, metodiki məqalələr yazmağa başladım. Mətbuatda çoxlu metodik yazım çıxdı, qəzet jurnallar haqqımda yazılar dərc etdi.  "Müəllim" qəzetində "Müvəffəqiyyətin sirri", "Fizika həftələrinin təşkili təcrübəsi", "Düşündürən suallar", "Nizami Gəncəvi yaradıcılığı fizika" s adlı məqalələrlə mətbuatda yazılarım dərc olunub.  Çox gənc yaşlarımda qurultay nümayəndəsi seçildim. "Krupskaya"adına (SSRİ maarif naziri tərəfindən) mükafata layiq görüldüm. Zəngin fizika kabinəsi yaratdım, "Baş müəllim", "Metodik müəllim" adını aldım. Respublikada keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi oldum.

- Yaradıcılığınızda Qarabağ mövzusu xüsusi yer tutub, bununla bağlı deyə bilərsiz?

- 1990- ildə respublikada ilk dəfə olaraq "Qarabağ yurdum mənim", "Qarabağın tarixi" mövzusunda konfrans təşkil etdim. Bütün rayon rəhbərlərinin, ictimaiyyət mətbuat işçilərinin iştirak etdiyi bu tədbir böyük təsirə səbəb oldu. Müəllim şagirdlərin iştirakı ilə keçirilən bu konfransda ermənilərin Qarabağ Dağlıq Qarabağın vaxt köç etdikləri, "Qarabağ" sözünün lüğəti mənası (Böyük behişt) bu konfransda müzakirə olundu. "Qarabağ" qəzeti həmin tədbiri çox gözəl şəkildə işıqlandırdı. Mən isə rayon rəhbərliyi tərəfindən bir il müddətində hər ay aldığım əmək haqqı qədər əlavə əmək haqqı almaq hüququ qazandım. Ancaq mənim məqsədim əlavə isə almaq yox, Qarabağımızın əsl tarixini ictimaiyyətə çatdırmaq idi.

- Ağdamın işğalından sonra da siz digər şəhər məktəblərinə getməmisiz. Bunun səbəbi nədir?

- İşğaldan sonra mən öz fəaliyyətimi 32 saylı Ağdam köçkün məktəbində davam etdirməli oldum. Bu, mənim üçün çox çətin anlar yaşatdı. Yeni kollektiv, yeni şagirdlər...Ancaq digərləri kimi mən şəhər məktəbi axtardım, dəvət aldığım universitetlərə getdim. Çox keçmədi ki, üsulum, biliyim, pedaqoji ustalığım köməyimə çatdı. 1994- ildə "Ali kateqoriyalı müəllim" adına layiq görüldüm.  1995-ci ildə rayon üzrə  "İlin ən yaxşı müəllimi" mükafatına, 2001-ci ildə Ağdam rayon şöbəsi tərəfindən "Keyfiyyət ili" çərçivəsində səmərəli fəaliyyətimə görə, 2002-ci ildə XXIV Respublika "Pedaqoji Mühazirələr" müsabiqəsindəki fəaliyyətimə görə, 2008-ci ildə Ağdam Azad Həmkarlar İttifaqı tərəfindən üslubu pedaqoji prosesin həyata keçirilməsində fərqləndiyimə görə Fəxri Fərmanlara layiq görülmüşəm. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il sentyabrın 1- verdiyi Sərəncamı ilə 2008-2009-cu tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olaraq "Ən yaxşı müəllim" adına layiq görülmüşəm. Prezidentin 2009-cu il 30 sentyabr tarixli 504 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görülmüşəm. 1994- ildən repititorluqla məşğulam. Digər yerlərdə işləməyi qəbul etməməyimin bir səbəbi ağdamlı köçkün uşaqlara təmənnasız yardım edib onların ali məktəbə qəbul olmağına kömək etməkdir.

Onu da qeyd edim ki, 2001-ci ildən TQDK ilə əməkdaşlıq edirəm. Qapalı, açıq, model testlərin müəllifiyəm. Ekspert kimi dəvət alaraq yeni testlərin yoxlanmasında iştirak edirəm. Fizika dərsliklərinin müzakirəsində iştirak edirəm. 2013-2014- tədris ilində TQDK-nın sədri Məleykə Abbaszadənin ümumi rəhbərliyi ilə ümumi təhsil müəssisələrində tədris prosesində mənimsənilmiş bilik bacarıqlarının yoxlanılması qiymətləndirilməsi məqsədi ilə nəşr edilən "Fizika" vəsaitinin müəlliflərindən biriyəm. Bu vəsaitdən həm ümumtəhsil müəssisələrində qiymətləndirmə vəsaiti kimi, həmçinin ixtisasartırma kurslarında, pedaqoji yönümlü ali təhsil müəssisələrində, qəbul imtahanının hazırlıq kurslarında istifadə oluna bilər.

- Leyla xanım, son olaraq müəllim həmkarlarınıza demək istərdiz?

- Vətənimizin şərəfini qorumaq, Qarabağımızı unutmamaq, şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək hər birimizin borcudur. Bu günlərdə qeyd olunacaq müəllim günündə biliyi, metodu, pedaqoji ustalığı ilə gənc nəslin təlim-tərbiyəsində iştirak edən hər bir müəllimi ürəkdən təbrik edir, yeni dərs ilini qələbə sevinci ilə qarşılamağı arzu edirəm.

Samirə QULİYEVA

 





03.10.2014    çap et  çap et