525.Az

"Siyasətlər keçəridir, xalqlarsa qalır"


 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, akademik Rafael Hüseynovun "525"ə müsahibəsi

"Siyasətlər keçəridir, xalqlarsa qalır" <b style="color:red"></b>

- Rafael müəllim, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının 3 gündən bəri davam edən iclaslarında bir sıra ciddi, vacib məsələlər müzakirə olunub olunmaqdadır ki, onlardan biri "Neonasizm təzahürlərinə qarşı əks tədbirlər" mövzusu ətrafında aparılan müzakirələrdir. Bu məsələ ilə bağlı təxminən 3 saat davam edən müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvləri, o cümlədən, siz geniş fikir bildirmisiniz...

- Bu mövzu ətrafında müzakirələr zamanı ilk öncə Ermənistanın apardığı cəmiyyətə zidd dövlət siyasətinin müxtəlif aspektlərini təhlil edərək bu ölkənin neonasizmin yeni qorxulu nümunəsinə çevrildiyindən bəhs etdim. Eyni zamanda bildirdim ki, acı tarixi təcrübədən insanlara faciəli dərsləri bəlli olan ideologiyaların təzədən küçələrə, meydanlara çıxması bir tərəfdən qorxuludursa, digər tərəfdən düşündürücüdür. Çünki əgər hansısa cərəyanın, hansısa siyasi məfkurənin bütöv insanlığa vurduğu dəhşətli zərbələr, tökülmüş qanlar, verilmiş saysız itkilər bəllidirsə, bəs necə olur ki, onlar yenidən dirçələ bilirlər. Bunu kim edir, necə yönəldir, niyə belə halların yenidən təzahür etməsinə cəmiyyətin müqavimət kifayət qədər olmur, sadəcə baş vermiş hadisəni qeydə almağa gücümüz çatır? Nasizm yeni libasda Avropada dünyada yenidən baş qaldırırsa, həm gənclər bu səmtə daha çox cəlb edilirsə, bu elə həyəcanlı siqnallardır ki, onlara heç kəs biganə qalmamalıdır. Çünki söhbət hər birimizin ortaq yuvamızın - dünyamızın gələcək taleyindən gedir. Çıxışım zamanı dedim ki, neonasizmə qarşı bütün istiqamətlərdə mübarizə həm ona görə vacibdir ki, bu məfkurə açıq şəkildə, öz adı ilə baş qaldırdığı kimi, həm bir çox başqa təzahürlərdə meydana çıxmaqdadır. Məsələn, sovet dönəmində, 25-30 il əvvəl indi AŞPA üzvü olan Ermənistan çoxmillətli bir ölkə idi. Lakin 1980-ci illərin sonlarından Ermənistanda etnik təmizləmə prosesləri başlandı. Əvvvəlcə 1988-1989-cu illərdə 300 mindən artıq azərbaycanlı Ermənistanda tarixən kompakt yaşadıqları ərazilərdən zorla çıxarıldı. Bundan əvvəl Ermənistandan azərbaycanlıların XX əsrdə 3 böyük deportasiyası baş vermişdi. Bu sonuncu təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadı...

-Sonra bu siyasət digər formalarda Ermənistanda yaşayan başqa xalqlara da qarşı tətbiq edildi...

-Tamamilə, doğrudur çıxışım zamanı bu məqamı da AŞPA üzlərinin bir daha diqqətinə çatdırdım. Qeyd etdim ki, ruslar, yəhudilər, yunanlar, kürdlər digər milli azlıqlar tədricən ölkədən kənarlaşdırıldı indi Ermənistan monoetnik bir ölkəyə çevrilib. Bu baxımdan da Avropa Şurasındakı heç bir normal ölkəyə bənzəməyən unikal bir üzvdür. Bu baxımdan, bütün dünyada sərhədlərin açıldığı, ölkələrin, xalqların birbirilə qaynayıb-qarışdığı bir dövrdə belə xətt yürütmək, bunu dövlət siyasəti olaraq gerçəkləşdirmək rasizmin , nasizmin bariz nümunəsi deyilmi?...

- Əldə etdiyimiz görə, müzakirəyə çıxarılmış həmin məruzədə bundan sonra Avropada ənənəvi olaraq qeyd edilməli anım günü ilə bağlı təklifə münasibət bildirmisiniz...

- Bəli. Bildirdim ki, 2001-ci il iyulun 22- Norveçdə neonasistlərin törətdiyi qəddarlıqlar münasibətilə həmin günü Avropada nifrətdən törənmiş cinayətlərin qurbanlarının anım günü elan edilməsi təklifi irəli sürülür. Erməni hərbi qüvvələrinin daha öncə Qarabağda, Xocalıda 1992-ci il fevralın 26-da yüzlərlə günahsız, dinc insanı qocasına, qadınına, uşağına baxmadan məhz azərbaycanlı olduqları üçün məhv etməsi, bütöv bir şəhərin əhalisinin ucdantutma yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə amansızlıqla öldürülməsi soyqırımının danılmaz nümunəsi olmaqla yanaşı, həm köhnə, həm yeni nasizmin əyani ifadəsidir. Qeyd etdim ki, bu baxımdan, bəlkə nifrətdən törənmiş cinayətlərin qurbanlarına qarşı ümumavropa anım günü olaraq elə Xocalı faciəsinin törədildiyi həmin 26 fevralı qəbul etmək daha münasibdir! Bilirsiniz, siyasətlər, rejimlər keçəridir, xalqlarsa qalır. Məkrli siyasətlər isə bəzən xalqlara uzun illər davam edəcək düşmənçiliyi miras qoyur. Neonasizm aşağılarda, təbii olaraq yaranmış bir proses deyil, onu törədənlər, dirçəldənlər, irəlilədənlər sıralarını genişləndirənlər siyasətin sükanı arxasında olanlar, siyasəti idarə edənlərdir. Ona görə belə hallar ikiqat, üçqat təhlükəlidir. Bu isə sağ ekstremizmə qarşı dünyanın bütün mütərəqqi qüvvələrinin müştərək mübarizə aparmasını zəruriləşdirir. Nasistlərin emblemi olan svastika artıq bir çox nəsillərin nəzərində qorxu rəmzinə çevrilib. Lakin tarixən bu rəmz 1930-cu illərdə yaranmayıb, onu Hitler, onun ətrafı ixtira edib. 20-ci əsrdə dəbə salınmış bu simvolika eramızdan 1000 il əvvəl mövcud idi, alimlər onun yaranma tarixini qədim neolit dövrünə aid edirlər. Həmin qədim zamanlarda isə svastika günəşin, həyatın rəmzi kimi qavranılıb. Görün qara siyasətlər həyat, günəş rəmzini necə ölüm qaranlıq timsalına çevirə bilərmiş. Odur ki, işığı zülmətə çevirməyə qadirliyi arxada qalan zamanlarda sübuta yetmiş nasizmin neo libaslarda baş qaldırmasına qarşı mübarizələrdə hamının, bütün dövlətlərin, bütün siyasi qüvvələrin əl-ələ olması, yekdilliyi həyatımızın, günümüzün tələbidir...

- Yeri gəlmişkən, sessiyanın ilk günündə Avropa naminə Liberal Demokratların Alyansı (ALDE) partiya qrupunun iclasında Dağlıq Qarabağ Azərbaycanın digər işğal edilmiş torpaqları ilə bağlı məsələ nəzərdən keçirilib Ermənistan nümayəndəsi həmin iclasda çıxış edərək problem üzrə məruzəçi təyin edilməsinə ehtiyac olmadığını bildirib, bunu Dağlıq Qarabağ münaqişəsi məsələsinin araşdırılmasının ATƏT-in Minsk qrupunun səlahiyyətində olması ilə izah edib...

- Mən həmin iclas zamanı da bildirdim, indi bir daha bildirmək istəyirəm ki, bu iddianın heç bir əsası yoxdur. Çıxışım zamanı bu iddianın əsassızlığını konkret sübutlar məntiqi dəlillərlə rədd edərək dedim ki, məlum bir həqiqətdir ki, konflikt varsa onu həll etməyə çalışmaq lazımdır. Bunun üçün dialoq, müzakirələr lazımdırsa, belə müzakirələrdən qaçmaq yox, onların baş tutmasına, davamlı olmasına çalışmaq lazımdır. Zənnimcə, Büronun təklif etdiyi Siyasi Komitəyə göndərməyi tövsiyə etdiyi sərlövhə mahiyyəti dolğun dəqiq ifadə edir. Çünki məhz Dağlıq Qarabağ Azərbaycanın digər işğal edilmiş ərazilərində son dövrlərdə getdikcə artan gərginlik belə bir zəruriyyəti doğurub. Ona görə bu mövzunun Siyasi komitədə müzakirəsinə, bununla bağlı ayrıca məruzəçi təyin etməyə ciddi əsaslar var. Xatırladım ki, münaqişədə olan hər iki ölkə monitorinq altındadır. Lakin monitorinqlə bağlı hesabatlarda ayrı-ayrı problemlər barədə ümumi bəhs etmək lazım gəlir. İşğal problemi, son dövrdə işğal altındakı ərazilərdə zor tətbiqinin şiddətlənməsi, gərginliyin kritik həddə qədər artması isə bütün bunları ayrıca, təfərrüatı ilə araşdırmağı tələb edir.Bundan qorxmaq, ehtiyatlanmaq lazım deyil. Bu həqiqətləri aşkarlamaq düzgün həll formaları tapmaq üçün gərəkdir.Belə müzakirələrin qarşısını almağa çağırışlar bir tərəfdən zəiflik əlamətidirsə, digər tərəfdən öz haqsızlığını irəlicədən etiraf etmək deməkdir. Çıxışımda da qeyd etdiyim kimi, mən məsələnin monitorinq komitəsinə yönəldilməsini qəti şəkildə məqsəduyğun saymıram. Çünki Büronun tövsiyəsi tamamilə obyektivdir ona əməl etmək lazımdır. Bunun əleyhinə istənilən çağırış məntiqə ziddir Assambleyanın iradəsi əleyhinə hərəkət etmək deməkdir. Sevindirici haldır ki, müzakirələrdə çıxış edən Böyük Britaniyalı deputat Maykl Hənkok da mənim mövqeyimi müdafiə edərək dedi ki, Dağlıq Qarabağ problemi regionda cərəyan edən proseslər kontekstində mütləq yenidən diqqətlə araşdırılmalı yeni məruzə hazırlanmalıdır.

Ümumiyyətlə, diskussiyaya qatılan isveçrəli Fiala Doris, moldovalı Anna Qutu digərləri qeyd etdilər ki, ATƏT-in Minsk qrupunun bu problemlə məşğul olması heç vəchlə Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərini zəiflətməsnə gətirib çıxarmamalıdır. Onlar vurğuladılar ki, əksinə, Avropa Şurası üzv ölkələr arasında münaqişənin danışıqlar vasitəsilə həllinə mümkün töhfələrini verməkdə ardıcıl olmalıdır yeni məruzənin hazırlanması da belə addımlardan biri ola bilər. Onu da qeyd etmək lazımdır ki, elə həmin gün Assambleyanın plenar iclasında həmin məsələ yenidən gündəmə gəldi, ümumi səsvermə keçirildi ermənilərin bütün səylərinə baxmayaraq onların təklifi səs çoxluğu ilə rədd edildi. Həmçinin onu da bildirim ki, problem üzrə ən yaxın vaxtlarda Siyasi komitədə məruzəçi təyin ediləcək bu da AŞPA-da Dağlıq Qarabağ məsələsinin yenidən ön plana çıxmasına meydan açacaq...

K. HƏMİDOV

 





03.10.2014    çap et  çap et