İki Müqəddəs Məscidin İşlərinə Nəzarət Baş İdarəsi ibadət edənlərin və ziyarətçilərin Peyğəmbər məscidində mübarək Zəmzəm suyu ilə təmin etmək üçün bütün səylərini davam etdirir.
525.az bu barədə rəsmi SPA agentliyinə istinadən xəbər verir.
Məlumata görə, səlahiyyətli şəxslər bu məqsədlə hər gün Məkkədən Mədinə məscidinə sisternlərlə 300 ton zəmzəm suyunun çatdırılmasını təmin edirlər.
Zəmzəm suyunun təhlükəsiz olması üçün ixtisaslaşmış texniki heyət hər gün 80-dən çox nümunə götürür və ən müasir avadanlıqla onları müayinə edir.
Pərvanə