525.Az

Azərbaycanın bank sektorunun xalis mənfəəti 18 faiz artıb


 

Azərbaycanın bank sektorunun xalis mənfəəti 18 faiz artıb<b style="color:red"></b>

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 407,5 milyon manat xalis mənfəət əldə edib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,05 % çoxdur.

4 ay ərzində bankların əməliyyat gəlirləri 1 816,5 milyon manat (1 il əvvələ nisbətən 23,4 % çox), əməliyyat xərcləri 1 209,7 milyon manat (29,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 111,5 milyon manat (9,6 % çox), gözlənilməz gəlirləri 2,1 milyon manat (7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 89,9 milyon manat (1,1 % çox) təşkil edib.

 





22.05.2024    çap et  çap et