525.Az

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək


 

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək<b style="color:red"></b>

“Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 23-də paytaxtdakı 13 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 525.az-a bildirilib ki, layihənin budəfəki qonağı Milli Məclisin deputatı Musa Qasımlı olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Sevinc Qarayeva 

 





22.05.2024    çap et  çap et