525.Az

Saleh Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək


 

Saleh Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Mayın 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edəcək.

525.az-a Agentliyə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Ağdam rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbulda Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Ağdam rayonu “41 №-li Yol İstismarı”, Ağcabədi rayonu “40 №-li Yol İstismarı” və Laçın rayonu “56 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

 





22.05.2024    çap et  çap et