525.Az

MEK-də Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar sərgi təşkil edilib


 

MEK-də Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar sərgi təşkil edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 May - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə dəyərli nəşrlər sərgilənir.

Bu barədə 525.az-a MEK-dən bildirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən sərgidə 105 adda kitab nümayiş olunur.

Nəşrlərdə canlı aləmin əsasını təşkil edən bioloji müxtəlifliyin mühafizəsi, öyrənilməsi və istifadəsi kimi aktual məsələlərdən bəhs olunur, biomüxtəliflik anlayışına, onun struktur və səviyyələrinə, qanunauyğunluqlarına, inkişaf meyillərinə, tükənmə təhlükələri və mühafizə metodlarının şərhinə geniş yer verilir.

İki həftə müddətində davam edəcək sərgidən biologiya, ekologiya, coğrafiya, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələr, ali və orta məktəb müəllimləri, bu sahələrdə çalışan mütəxəssislər yararlana bilərlər.

Sevinc Qarayeva 

 





22.05.2024    çap et  çap et