525.Az

İrlandiya və İspaniya Fələstini tanıyacaq


 

İrlandiya və İspaniya Fələstini tanıyacaq<b style="color:red"></b>

Norveçin ardınca İrlandiya və İspaniya da Fələstini dövlət kimi tanımaq qərarına gəlib.

525.az xəbər verir ki, Fələstini tanıyan dövlətlərin sayı artır. Belə ki, İrlandiyanın Baş naziri Simon Harris ölkəsinin Fələstin dövlətini tanıyacağını açıqlayıb.

İspaniyanın Baş naziri Pedro Sançes də ölkəsinin mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.

Qeyd edək ki, İsrail Fələstin dövlətini tanıyacaqlarını açıqlayan İrlandiya və Norveçdəki səfirlərini geri çağırmağa qərar verib.

Məhəmməd Tağıyev

 





22.05.2024    çap et  çap et