525.Az

Yeni Kaledoniyada 2 məktəb yandırılıb


 

Yeni Kaledoniyada 2 məktəb yandırılıb<b style="color:red"></b>

Fransanın Hind-Sakit Okeandakı müstəmləkəsi olan Yeni Kaledoniyada iki məktəb yandırılıb, biri isə talan edilib.

525.az xəbər verir ki, Yeni Kaledoniyada zorakılıq hadisələri davam edərkən, paytaxt Numea şəhərinin meri Sonia Laqard adada baş verən son hadisələrdən danışıb.

Numeada gecənin sakit olmadığına diqqət çəkən Laqard, adada iki məktəbin yandırıldığını, bir məktəbin talan edildiyini bildirib.

Bundan əlavə, böyük bir iş yerində və avtosalonda 300 avtomobil də yandırılıb.

Məhəmməd Tağıyev

 





22.05.2024    çap et  çap et