525.Az

Helsinki Universiteti İsrail universitetləri ilə bəzi müqavilələri dayandırıb


 

Helsinki Universiteti İsrail universitetləri ilə bəzi müqavilələri dayandırıb<b style="color:red"></b>

Finlandiyanın Helsinki Universiteti mülki itkilər və Qəzzada humanitar vəziyyətin pisləşməsi səbəbindən İsrail universitetləri ilə tələbə mübadiləsi müqavilələrini dayandırıb.

525.az xəbər verir ki, universitetin qərarı tələbələrin İsrail universitetləri ilə əməkdaşlığa son qoyulmasına qarşı bir aydan çox davam edən etiraz aksiyalarından sonra verilib.

Rəhbərlikdən verilən yazılı açıqlamada İsraildəki universitetlərlə tələbə mübadiləsi müqavilələrinin mülki itkilər və Qəzzada humanitar vəziyyətin pisləşməsi səbəbindən dayandırıldığı bildirilib.

Açıqlamada İsrail universitetləri ilə tədqiqat işbirliklərinin davam edəcəyi paylaşılıb.

Məhəmməd Tağıyev

 





22.05.2024    çap et  çap et