525.Az

ABŞ 1 milyon barrel benzini satışa çıxaracaq


 

ABŞ 1 milyon barrel benzini satışa çıxaracaq<b style="color:red"></b>

ABŞ Prezidenti Co Bayden administrasiyası yay mövsümündə qiymətləri endirmək üçün şimal-şərqdəki ehtiyatlardan 1 milyon barrel benzini satışa çıxaracaq.

525.az xəbər verir ki, ABŞ Energetika Nazirliyindən verilən açıqlamada Neft Ehtiyatları Ofisinin Sendy qasırğasından sonra yaradılan Şimal-Şərqi Benzin Təchizatı Ehtiyatında 1 milyon barrel (42 milyon qallon) benzinin satışı üçün müraciət etdiyi bildirilib.

ABŞ-nin energetika naziri Cennifer Qranholm məsələni dəyərləndirərkən, Bayden administrasiyasının xüsusilə yay mövsümündə sürücülərin yola çıxması səbəbindən benzin qiymətlərinin aşağı salınmasına diqqət yetirdiyini bildirib.

Məhəmməd Tağıyev

 





22.05.2024    çap et  çap et