525.Az

Slovakiyanın Baş prokuroru: Fikoya cəhd terror hücumudur


 

Slovakiyanın Baş prokuroru: <b style="color:red">Fikoya cəhd terror hücumudur</b>

Slovakiyanın Baş naziri Robert Fikonun həyatına sui-qəsd terror hücumu kimi qiymətləndirilə bilər.

525.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Slovakiyanın Baş prokuroru Maros Zilinka çıxış edib.

“İctimaiyyət bu cinayətin niyə terror aktı kimi təsnif edilmədiyini soruşur”, - deyən Baş prokuror qeyd edib ki, o, sübutlara əsaslanaraq belə təsnifatı istisna etmir.

Xatırladaq ki, mayın 15-də Baş nazir Fiko Gandlova şəhərində hökumətin geri çəkildiyi yerdə açılan atəş nəticəsində yaralanıb. Hücum edən şəxs ona bir neçə dəfə atəş açıb, bundan sonra siyasətçi xəstəxanaya yerləşdirilib.

Havar Şəfiyeva

 





22.05.2024    çap et  çap et