525.Az

Rusiyadan Fransaya xəbərdarlıq: Reaksiya təkcə siyasi olmayacaq


 

Rusiyadan Fransaya xəbərdarlıq: <b style="color:red">Reaksiya təkcə siyasi olmayacaq</b>

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Fransa Ukraynaya hərbi qüvvələr göndərərsə, Rusiyanın reaksiyası təkcə siyasi xarakter daşımayacaq.

525.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, nazirliyin Avropa departamentinin rəhbəri Artyom Studnikov Rusiyanın belə bir vəziyyətdə hansı tədbirləri görəcəyini dəqiqləşdirməsə də, Moskvanın Parisə xəbərdarlıq etdiyini bildirib.

Studnikov əlavə edib ki, Fransa qüvvələrinin Ukraynaya göndərilməsi nüvə silahına malik iki ölkə arasında münaqişə riskini artıracaq.

Daha əvvəl Fransa Müdafiə Nazirliyinin Ukraynaya 2 minlik əsgər göndərməyə hazırlaşdığı iddia edilib.

Fransa prezidenti Emmanuel Makron da Rusiyanın həm daxildə, həm də döyüş meydanında Ukraynaya qarşı daha aqressivləşdiyini bildirib.

Malik Atilay 

 





22.05.2024    çap et  çap et