525.Az

Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət


 

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR

Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Sovet dövrü bədii ədəbiyyatı, ədəbiyyatşünaslığı mətbuatının marksist-leninçi prinsiplərə tabe tutulduğunu yaxından izləyən M.Ə.Rəsulzadənin ədəbi-tənqidi mülahizələri müasir nəzəri axtarışlar üçün dəyərli istinad mənbəyidir. O yazırdı: "Özləri hər iki üzlü taktikaları ilə Rusiyada iqtidara gələn bolşeviklər sonda bütün dünyanı ruslaşdırmağa yönəlmiş olan siyasətlərini, milliyyət məsələsində ortaya atdıqları məşhur düsturla pərdələmək istədilər, Sovetlər Birliyində, mədəniyyətin "Formaca milli, məzmunca Sosialist" olması üzərində israr etdilər.

Sovetlər Birliyinə daxil olub qırx milyonu haqlayan türk ellərində bu düsturun manevrdə kimi bir nəticəyə çatdığını biliyoruz. Əvvəl şəkil (forma) ruslaşdırıldı. 1939-cu ildən etibarən Rusiyada-bütün Türk Respublikalarında latın hərfləri ilə yazılmağa başlanmış olan yazılar rus hərfləri ilə yazdırılmağa məcbur edildi. Bununla əlaqədar olaraq türk dillərindəki termin sistemi İslam Avropa əsaslarından uzaqlaşdırılaraq rus sisteminə tabe tutuldu.

Şəklin ruslaşdırılmasından sonra məzmuna əl atıldı. Bu məzmun sosialist olacaq kosmopolit bir mahiyyət daşıyacaqdı. "Millət hər cür bəşər, Vətən yer üzü" təsəvvür olunurdu. Lenin "Rusiyanın mənfəətləri, cahan inqilabının mənfəətlərinə fəda olsun" deyirdi. Bu surətlə, Sovet hakimiyyətinə düşən millətlər Sosialist kosmotolitizmi ilə aldatılırdı. Milliyyətçiliyin-Şovinizm, vətənpərvərliyin kapitalist bir aldatma olduğu hər tərəfə, hər kəsə təkidlə təlqin olunurdu.

Lakin bütün bunlar Sovet hökumətinin nisbətən zəif olduğu zamanlara məxsus bir hərəkət xəttinin ifadəsi idi. Bolşeviklər mövqelərində yerləşdikcə, bu ifadədə yeni bir ruh meydana çıxır "Sosyalistlik"dən məqsəd "rusluq" olduğu anlaşılırdı ("Şəkilcə mühtəvaca da  ruslaşdırma"). M.Ə.Rəsulzadə II Dünya müharibəsindən sonra senzuralı Sovet mühitində Velikorus (Böyük rus) qürurunun rəsmi sovet siyasətinin əsasında durduğunu qeyd edir, ilk olaraq dünya inqilab ideyasını qəbul etdiyinə görə "rus milləti millətlərin ən şərəflisidir" fikrinin yürüdüldüyünü aydınlaşdırır, "sosialist kosmopolitizmi" pərdəsi arxasında ruslaşdırmanın davam etdiyini nəzərə çatdırırdı. 1937-ci ilin repressiya ağrılarını yaşayan SSRİ xalqlarının taleyi ilə daim maraqlanan M.Ə.Rəsulzadə "rus milləti tarixdə rus məhkumu millətlərin müəllimləri olmuş, onlara mədəniyyət dərsi verən bir böyük qardaş mərtəbəsinə yüksəlmişdir!" () fikrini tənqid hədəfi seçir, "sosialist kosmopolitizmi"ni kapitalist zehniyyəti kimi, tarix faktı kimi qiymətləndirənlərin mövqeyini şərh edir bunun əvəzinə "sovet patriotizmi"ni önə çəkən ədiblərin" məqsəd məramını aydınlaşdırırdı. Bu terminin nəzəri mahiyyətini aydınlaşdıran M.Ə.Rəsulzadə ədəbi-elmi bədii prosesin forma məzmun yeniliklərini təhlil edərək yazırdı:

"Rusiya məhkumu millətlərin tarixləri, xüsusilə ədəbiyyat tarixləri indi bu yeni nəzəriyyənin işığı altında təhlil tənqid olunur. Rus böyük qardaşına bu gün deyil, tarixdə belə sadiq qalmaq Sovetlərdə tətbiq olunan yeni "milli siyasət"in ana tələbini təşkil etməkdədir. "Sovet hökumətinə sədaqəti sübut etmək üçün bu gün kommunist partiyasını ata Stalini mədh etmək kifayət deyil" bir böyük qardaşı Rus millətinə ərzi-səmimiyyət etmək zəruridir!". 

Son  zamanlarda  siyasi  Sovet mövqeləri, Sovetlər birliyindəki  millətlərin vücuda gətirdikləri tarix mədəniyyət müəssisələrini möhkəm bir nəzarətə tabe tuturlar. İndi sadə yaşanan dövr deyil, yaşanmış dövrlər təftişə tabedir. Çar istilasına qarşı göstərilən mübarizə müqavimət hadisələri ilə şəxsiyyətilərini idealizə edən mühərrir şiddətlə lənət zəifliyə uğrayırlar. Çünki onların əsərlərində böyük rus millətinin bu yerlərə gətirdiyi irəli müəssisələrə qarşı gələn "mürtəcelər" idealizə olunurmuş!

Bu "mürtəcelərin" arasında, məsələn, Qafqaz istiqlal qəhrəmanı böyük Şamilin adı başda gəlir. Vaxtilə şəxsən bolşevik yazıçıları tərəfindən milli istiqlal inqilab qəhrəmanı deyə təqdir olunan bu tarixi sima, indi "İngilis kapitalının agenti" "Osmanlı Sultanının əlaltısı" deyə nümayiş olunur. Bunun kimi başqırd qəhrəmanı "Knaseri" köhnədən oturdulduğu milli qəhrəman taxtından endirilir. Azərbaycanın, onunla birlikdə digər Türk ellərinin qəhrəmanı olan "Dədə-Qorqud" hekayələri vətənpərvərliyi xalq igidliyinin, vəfa fədakarlığın bir şah əsəri deyil , "Orta əsrlər dərəbəyi çapulculuğu" ilə "İslami geri fikirləri" yayan bir irtica əsəri imiş!...

Milliyyət, Vətən, azadlıq istiqlal fıkirlərini tərvic edən dünənki bütün şöhrətlər indi yeni meyar ilə ölçülür. Azadlıq istiqlal fikrinin qəhrəmanları, şan şöhrət taxtlarından endirilir. Şöhrətli şairlərimizdən Hüseyn Cavidlər ilə  Əhməd Cavadların məşğul olduqları faciəvi aqibət məlumunuzdur. Bunların hörmətlə andığımız adları, Sovetlərin bir zəiflətmək mövzusudur. İndi sırada, daha - dünənə qədər şəxsən "azadlıq inqilab şairi" deyə öydükləri "Firdevs-i ihamat" şairi Məhəmməd Hadi qalmış, "Onun da əsərlərində irtica milli ünsürlər az deyilmiş"! ("Şəkilcə mühtəvaca da ruslaşdırma") M.Ə.Rəsulzadənin ədəbi-tənqidi fəaliyyəti elmi-nəzəri axtarışları mühacirət dövründə Şimallı-Cənublu Bütöv Azad Azərbaycan idealını, türklük, islami dəyərlər müasirlik prinsiplərini daha parlaq ifadə edir. Bu yalnız ədəbi-bədii prosesin təhlil tənqidi zamanı deyil, siyasi mülahizələr mübarizədə özünü göstərmir, həm mətndaxili haşiyələrin ifadə etdiyi Vətən nisgili həsrətində   əks olunur.

Onun bu vətəndaşlıq mövqeyi "Dədə Qorqud dastanları" məqaləsində açıq-aydın bildirilir. Bu möhtəşəm Xalq abidəsinin siyasi məqsədlərlə təhlil olunmasını əslində xalqa, onun mədəniyyətinə qarşı düşmənçilik hesab edən M.Rəsulzadə 1937-ci il repressiyası dalğasında "siyasi çapulçuluqla" məşğul olanların, totalitar stalinçi rejim qulluqçularının mövqeyini ifşa edirdi. O həqiqəti bəyan edərək yazırdı: "Dastanlardan on biri ....Vətən, namus, din tayfa ....uğrunda etdikləri savaşlara bu savaş meydanlarında göstərilən igidlik səhnələrinə..., birində , Əzrail kimi məfhum qüvvətə qarşı aparılan savaş təsvir olunur.

Bu savaşlar Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə qala, Şərur, Göyçə gölü, Dərəşam kimi Azərbaycan yerlərində; Gürcü, Abxaz erməni kimi qonşu məmləkətlərində cərəyan edir. Dastanların yazıldığı dil Azərbaycan şivəsinin bütün özəlliklərinə malikdir. Bunlarda izah edilən həyat şərtləri Azərbaycandakı həyat şərtləri ilə eynidir" ("Dədə Qorqud dastanları").

M.Ə.Rəsulzadə düşmənə "arıq bir toğlu olsun belə verməyən" vətən igidlərini, Qaraca Çoban, Qazan xan, Dəli Domrul, Uruz, Bozatlı Beyrək, Qan Turalı, Dirsə xan oğlu Buğacı, həm "erkəklər kimi əhəmiyyətli, cəsarətli mərifətli" igid qadınları, Burla Xatun, Selcan Xatunu Oğuz elinin "mənəvi atası, birliyin simvolu" olan Qorqud Atanın milli kimliyin ifadəçisi kimi təqdim edirdi. Ona görə yazırdı: "Biz burada dastanların ədəbiyyat sənət baxımından təhlilinə girişmədən, sadəcə ideologiya cəbhəsinə təmasla iktifa edirik. Bu baxımdan yazımızı xülasə edəcək olursaq deyərik ki:

"Dədə Qorqud dastanları, Vətən, din, azadlıq, eşq, sədaqət fədakarlıq hisslərini qıcılayan milli üstün bir əsərdir".

1950-ci ilə qədər faydalı bir xalq əsəri olaraq mənimsənən dərsliklərə alınaraq sovet Azərbaycan məktəblərində oxutdurulan Dədə Qorqud dastanları deyərkən gözdən düşdülər. Sovet ədəbiyyat tənqidçiləri ilə müəllimlərinin yaxın bir keçmişə qədər təqdiredici bir üslubla yüksəltdikləri bu şah əsər, indi pis zərərli əsər deyə dərsliklərdən çıxarıldı kitablar atıldı. "Milliyyətçilik, dinclik, dərəbəylik" mürəvveci, "inqilab ideologiyasına müğayir fəsad bir əsər" deyə aforiz edildi. Əsəri bu günə qədər idealizə edən kimsələr isə, Sovet əleyhdarı insanlar deyə bütün mövqelərdən atıldılar.

Dədə Qorqud, türk Azərbaycan xalqının bu nurani piri, indi bir irtica gerilik rəmzi deyə təkfır olunur.

Elə ya da belə çoban ilə xanın, ata ilə oğulun, arvadla ərin, ana ilə qızın, bacı ilə qardaşın qarşılıqlı sevgiləri ilə boylar arasındakı qarşılıqlı təsanüd hisslərini, bir sözlə insan toplumunu təşkil edən bütün sinif təbəqələr arasında Vətən ailə kimi mənəvi ortaq qiymətlər naminə birləşib qaynaşmağın bu yoldakı qəhrəman savaşın məddahı mürşiddir. Piri bütün bu anlamların amansız düşməni olan Bolşeviklər necə qəbul edə bilirlər?!...

Onlar, sovet patriotizmi deyə ortaya atdıqları sovet birliyində bulunan digər rus millətləri "ağabəyi" rus millətinin ancaq təcviz edəcəyi ideallar xaricində bir sıra milli vətəni əsaslar güdən "separatist" (iftiraçı) ideolojiləri qətiyyən təhəmmül etməzlər. "Sovet patriotizminə" muqayir hər cür ideologiyanın kökünü kəsmək, sovet hökumətinin inadla tətbiq etdiyi ana siyasətdir. Bu siyasət baxımından yerli tarix ədəbiyyat məfahillərini idealizə etmək bu yerlərdə yaşayan "kiçik qardaşları" "böyük qardaş" rus ağabəyi ilə (!) birləşməyə əngəllidir. Bu əngəli andıran ən kiçik şey təhlükəli bir amil kimi atılmalıdır" ("Dədə Qorqud dastanları").

(Ardı var)

 





03.10.2014    çap et  çap et