525.Az

Milanda “Qarabağ” küləyi əsdi


 

Milanda “Qarabağ” küləyi əsdi<b style="color:red"></b>

Dünən gecə İtaliyanın Milan şəhərində UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter” – “Qarabağ” matçı öncəsi Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağ futbol klubu ilə bağlı təşviqat-bukletləri paylandı.
 
Bu barədə Lent.az-ın Milana ezam edilmiş əməkdaşı Səbuhi Məmmədli məlumat verib.

Məlumata görə, bukletlər oyunun keçiriləcəyi “Cüzeppe Meatsa” stadionun həndəvərində azarkeşlər arasında paylanılıb. Həmin bukletlərdə Qarabağ futbol klubunun Avropa Liqasında çıxış edən yeganə qaçqın komanda olduğu, klubun keçdiyi yol, Ağdam şəhəri barədə məlumatlar yer alıb. 9 min nüxsəylə çap olunmuş bülletenlərin yayılması üçün Milan şəhər meriyasından rəsmi razılıq alınıb, bukletlərin paylanması üçün müvafiq şirkətlə müqavilə imzalanıb.
 

 





03.10.2014    çap et  çap et