525.Az

Düşməni futbolda uddular, əsgərlikdən azad olundular


 

Düşməni futbolda uddular, əsgərlikdən azad olundular<b style="color:red"></b> Futbol qarşılaşmasında qələbə qazanmaq müqabilində hərbi xidmətdən azad olunmaq da mümkün imiş.

Lent.az-ın məlumatına görə, futbol üzrə “Asiya oyunları - 2014”də final qarşılaşmasında iki düşmən ölkənin - Cənubi Koreya və Şimali Koreyanın komandaları üz-üzə gəlib. Oyun cənubluların 1:0 hesablı qələbəsi ilə bitib. Oyundan əvvəl isə Cənubi Koreya Futbol Federasiyasının rəhbərliyi komandanın bir neçə futbolçusuna qalib gələcəkləri təqdirdə hərbi xidmətdən azad olunacaqlarına söz verib. Oyundan dərhal sonra federasiya sözünün üstündə durub və millinin əksər üzvlərini hərbi xidmətdən azad edilib.

Qeyd edək ki, "Asiya oyunları"nda Cənubi Koreya yığmasının əsasını 23 yaşa kimi futbolçular təşkil edir.
 





03.10.2014    çap et  çap et