525.Az

Sabah Sus kəndinə növbəti köç olacaq


 

Sabah Sus kəndinə növbəti köç olacaq<b style="color:red"></b>

Mayın 24-də Laçın rayonunun Sus kəndinə növbəti köç olacaq.

525.az xəbər verir ki, daha 39 ailədən ibarət 140 nəfər doğma yurda qayıdacaq.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub. İlk mərhələdə kəndə 20 ailə (75 nəfər) köçürülüb.

 

 





23.05.2024    çap et  çap et