525.Az

"Azərbaycanla sülh sazişinə dair sənəd üzrə vahid mətnə nail olacağımıza ümid edirik" -  Ermənistan XİN


 

"Azərbaycanla sülh sazişinə dair sənəd üzrə vahid mətnə nail olacağımıza ümid edirik" - <b style="color:red"> Ermənistan XİN</b>

"Ermənistan və Azərbaycan arasında sülh sazişinə dair sənədin mətninin razılaşdırılması üzrə işlər davam edir".

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə “24News” portalına müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, hələ də bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, vahid mətnə ​​nail olmağın mümkün olacağına ümid var:

“Görüşlərdə biz hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq” (“Report”).

 





23.05.2024    çap et  çap et