2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi dəyəri 1,1 milyard manat olan 35 layihənin icrası başa çatdırılıb.
525.az "Report"a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Bundan başqa, sədr deyib ki, ümumi dəyəri 26,4 milyard manat olan 202 layihə isə keçid mərhələsindədir. Onların icrasının tamamlanması üçün 13 milyard manat lazımdır.