525.Az

Azərbaycanda dollara tələb 10 faizdən çox azalıb


 

Azərbaycanda dollara tələb 10 faizdən çox azalıb<b style="color:red"></b>

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.

525.az-a bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6 % azdır.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

 





23.05.2024    çap et  çap et