525.Az

Səudiyyə Ərəbistanı Ümrə ziyarətçiləri üçün bütün şəraiti təmin edib


 

Səudiyyə Ərəbistanı Ümrə ziyarətçiləri üçün bütün şəraiti təmin edib<b style="color:red"></b>

Bu günlərdə Məscidül-Həram təhlükəsiz, sağlam, əmin-amanlıq və mənəviyyat mühitində ibadət etmək üçün Ümrə ziyarətçilərinin axınına şahidlik edir. İki Müqəddəs Məscidin İşlərinə Nəzarət Baş İdarəsi Ümrə ziyarətçilərinə xidmət etmək üçün bütün insani, mexaniki və texniki imkanlarından istifadə edir.

525.az Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinə istinadən xəbər verir ki, həm qadınlar, həm də kişilərdən ibarət olan 897 işçi ziyarətçilərin məscidə daxil olduqları 89 qapıda yerləşdirilib.

Məlumat görə, hazırda Məscidül-Hərama daxil olmaq üçün 89 qapı açıqdır. Cümə günləri ibadət edənlərin üzünə əlavə 15 qapı açılır. Üç qapı Ümrə ziyarətçiləri, 50-si ibadət edənlər, 20-si fövqəladə hallar üçündür, 16-sı isə daxili qapılardır.

Aidiyyatlı qurumun işçiləri xüsusilə pik vaxtlarda ibadət edənlərə yardım göstərir, onları girişlərində qarşılayır, ətir təklif edirlər.

Səlahiyyətli orqan Böyük Məscidin qapılarına ad vermək və nömrələməklə ibadət edənlərin yol tapmasını asanlaşdırır. Eyni zamanda, qurumların əməkdaşları məsciddə ibadət edənlərin baqaj və yemək gətirməməsi ilə bağlı göstərişə əməl olunmasına diqqət yetirir, bununla da məscidin təmizliyini qoruyub saxlamağa, dindarların öz ayinlərini rahat şəkildə yerinə yetirmələrinə şərait yaradırlar.

Pərvanə

 





23.05.2024    çap et  çap et