2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində “SABAH” qruplarına tələbə qəbulu aparılacaq.
525.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Nazirlikdən 525.az-a bildirilib ki, SABAH qruplarında Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, hüquqşünaslıq, maliyyə, riyaziyyat müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili) və mühasibat ixtisasları tədris olunacaq.
Sevinc Qarayeva