525.Az

"Hədəfimiz 2030-cu ilədək UNEC-in tədqiqat universitetinə çevrilməsidir" - Ədalət Muradov


 

"Hədəfimiz 2030-cu ilədək UNEC-in tədqiqat universitetinə çevrilməsidir" - <b style="color:red">Ədalət Muradov</b>

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnkişaf Strategiyası qəbul edilib. “UNEC-100” adlanan bu strategiya universitetin 100 illiyinin qeyd ediləcəyi 2030-cu ilə qədər müəyyən hədəf və məqsədlərə nail olunmasını nəzərdə tutur. Bizim əsas hədəfimiz 2030-cu ilə qədər UNEC-i tədqiqat universitetinə çevirməkdir.

525.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov mayın 23-də keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı söyləyib.

Rektor qeyd edib ki, hədəflərin çoxu elmi tədqiqatlarla bağlıdır. Azərbaycan Dövlət İqtisad Universiteti “Scopus” və “Web of Science” bazalarında indekslənən məqalə sayına görə ölkədə lider universitetlər sırasına yüksəlib.

Xatırladaq ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın builki mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” məsələsinə həsr edilir.

Sevinc Qarayeva 

 





23.05.2024    çap et  çap et