525.Az

"Çalışmalıyıq ki, inflyasiya təkrəqəmli olsun" - Nazir


 

"Çalışmalıyıq ki, inflyasiya təkrəqəmli olsun" - <b style="color:red">Nazir</b>

Azərbaycanda aprel ayında qeydə alınmış 0 % aylıq inflyasiya yaxşı göstərici deyil, amma 16-17 % inflyasiya da yaxşı hal deyil.

525.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Çalışmalıyıq ki, inflyasiya təkrəqəmli - 4-5 % olsun. Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə bağlı hədəfi 4-6 %-dir", - deyə o qeyd edib.

 





23.05.2024    çap et  çap et