525.Az

“Ramiz Əskərin parlaq xatirəsi qəlbimizdə daima yaşayacaqdır”


 

“Ramiz Əskərin parlaq xatirəsi qəlbimizdə daima yaşayacaqdır”  <b style="color:red"></b>

Türk dünyasının tanınmış türkoloqu, şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, nəvaişünas, filologiya elmləri doktoru Ramiz Əskərin vaxtsız vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm.

Biz, Ramiz Əskərin Türk dünyasının elminə, mədəniyyətinə, filologiyasına, xüsusən də türkologiyaya verdiyi önəmli töhfələri bilirik və yüksək qiymətləndiririk. O, ciddi, təvazökar alim olmaqla yanaşı, Azərbaycanın və bütovlükdə Türk dünyasının böyük vətənpərvəri idi.

Ramiz Əskər qardaş Özbəkistan və Azərbaycan xalqları arasında ədəbi və mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində fəal çalışmışdır. O, böyük türkoloq, təcrübəli publisist, bacarıqlı tərcüməçı, Nəvaişünas və Baburşünas kimi özbək xalqı arasında böyük nüfuz qazanmış, onun ən yaxın dostu kimi tanınmışdır. Təsadüfi deyil ki, Ramiz Əskər göstərdiyi xidmətlərə görə keçən il Özbəkistanın “Dustlik” ordeni ilə təltif olunub.

Onun parlaq xatirəsi qəlbimizdə daima yaşayacaqdır. Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimi bildirir, şəxsən öz adımdan və Səfirliyin kollektivi adından mərhumun ailə üzvlərinə və yaxınlarına bu çətin anlarda Allahdan səbr diləyirəm.

Baxrom Aşrafxanov

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

 

 





23.05.2024    çap et  çap et