525.Az

HƏMAS Avropa ölkələrinin Fələstini tanımaq qərarını alqışlayıb


 

HƏMAS Avropa ölkələrinin Fələstini tanımaq qərarını alqışlayıb<b style="color:red"></b>

Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyi bir sıra Avropa ölkələri tərəfindən Fələstinin tanınmasını alqışlayıb.

525.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

“Fələstin xalqının cəsarətli müqaviməti Norveç, İrlandiya və İspaniyanı Fələstin dövlətini tanımağa vadar edib. Bu ardıcıl etiraflar Fələstin xalqının cəsarətli və əfsanəvi müqavimətinin birbaşa nəticəsidir”, - deyə HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim bildirib.

O, həmçinin vurğulayıb ki, Avropa ölkələrinin bu qərarı Fələstin məsələsində beynəlxalq mövqedə dönüş nöqtəsi olacaq.

Havar Şəfiyeva

 





23.05.2024    çap et  çap et