525.Az

İsrail Norveç və İrlandiyadakı səfirlərini geri çağırdı


 

İsrail Norveç və İrlandiyadakı səfirlərini <b style="color:red">geri çağırdı</b>

İsrailin xarici işlər naziri İsrael Katz Oslo və Dublinin Fələstini rəsmən tanıması qərarı ilə əlaqədar Norveç və İrlandiyadan səfirlərin məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıb.

525.az xəbər verir ki, məlumat İsrail diplomatik departamentinin saytında yerləşdirilib.

“Bu gün İrlandiya və Norveçə mesaj göndərirəm: İsrail səssiz qalmayacaq. İsrailin Dublin və Oslodakı səfirlərinin Qüdsdə təcili məsləhətləşmələr üçün İsrailə geri çağırılmasını əmr etdim. İki ölkənin tələsik addımı daha ciddi nəticələrə səbəb olacaq. İspaniya Fələstin dövlətini tanımaq niyyətindən əl çəkməsə, ona qarşı da analoji addım atılacaq”, -  deyə nazir açıqlamasında bildirib. 

Havar Şəfiyeva

 





23.05.2024    çap et  çap et