525.Az

Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq


 

Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq<b style="color:red"></b>

Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq.

525.az xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda həmkarı İlham Əliyevlə mətbuata bəyanatında deyib.

"Danışıqlarımızda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutdu. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirildi. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik", - Prezident Emoməli Rəhmon bildirib.

 





23.05.2024    çap et  çap et