525.Az

Yaponiya: Tayvanda sabitlik vacibdir


 

Yaponiya: Tayvanda sabitlik vacibdir<b style="color:red"></b>

Yaponiya hökuməti Çinin Tayvan ətrafında hərbi təlimə başlamasından sonra "Tayvan boğazında sülh və sabitliyin" vacibliyini vurğulayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoşimasa keçirdiyi mətbuat konfransında Çinin təşəbbüsü ilə ada yaxınlığında keçirilən hərbi təlimdən danışıb.

Hayaşi: "Tayvan boğazında sülh və sabitlik təkcə ölkəmizin milli təhlükəsizliyi üçün deyil, həm də bütün beynəlxalq ictimaiyyətin sabitliyi üçün vacibdir", - deyib.

Çin və Tayvan münasibətlərindəki inkişafları yaxından izlədiklərini qeyd edən Hayaşi, Yaponiyanın Tayvan ətrafındakı problemlərin dialoq və sülh yolu ilə həll edilməsinə dair yanaşmasını təkrarlayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Çin ordusu ada yaxınlığında hərbi təlimlərə başlayıb. Təlimin Tayvanda keçirilən prezident seçkilərində qalib gələn Lai Çinq-tenin mayın 20-də and içməsindən sonra təşkil edilməsi diqqət çəkib.

Malik Atilay 

 





23.05.2024    çap et  çap et