525.Az

"Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini başa çatdırıb" - İlham Əliyev


 

"Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini başa çatdırıb" - <b style="color:red">İlham Əliyev</b>

Azərbaycan və Tacikistan Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirib.

525.az-ın məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib:

“Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.

 





23.05.2024    çap et  çap et