525.Az

Britaniyada növbədənkənar seçkilər keçiriləcək


 

Britaniyada növbədənkənar seçkilər keçiriləcək<b style="color:red"></b>

Böyük Britaniyanın Baş naziri Rişi Sunak növbədənkənar seçkilərin iyulun 4-də keçiriləcəyini açıqlayıb.

525.az xəbər verir ki, Sunak həftəlik Nazirlər Kabinetinin iclasından sonra Baş Nazirliyin 10 nömrəli ofisi qarşısında açıqlama verib. Çıxışına ölkənin son 5 ildə II Dünya Müharibəsindən bu yana ən çətin dövrlərdən keçdiyini söyləyərək başlayan Sunak, Britaniyanın bu çətinliklərlə mübarizə apardığını bildirib.

Bütün uğurların təməlində iqtisadi sabitliyin olduğuna diqqət çəkən Sunak, Britaniya iqtisadiyyatının böyüməyə davam etdiyini və inflyasiyanın normala döndüyünü ifadə edib.

Qeyd edək ki, Sunak ölkədə faiz dərəcələrinin aşağı düşdüyünü və hökumətin planının işə yaradığını bildirib.

Məhəmməd Tağıyev

 





23.05.2024    çap et  çap et