525.Az

Trampa səs verəcəyəm - Heyli


 

Trampa səs verəcəyəm - <b style="color:red">Heyli</b>

Mart ayında ABŞ prezidentliyi yarışında Respublikaçılar Partiyasının yarışından geri çəkilən Nikki Heyli noyabrın 5-də keçiriləcək prezident seçkilərində Donald Trampa səs verəcəyini açıqlayıb.

525.az xəbər verir ki, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi və mart ayına qədər Trampın ən güclü rəqibi olan Heyli Hudson İnstitutunda iştirak etdiyi paneldə seçki prosesini dəyərləndirib.

Heyli: "Tramp bəzi siyasətlərində mükəmməl deyil, mən bunu dəfələrlə demişəm. Ancaq Bayden bir fəlakətdir. Ona görə də mən Trampa səs verəcəm", - deyə bildirib.

Məhəmməd Tağıyev

 





23.05.2024    çap et  çap et