525.Az

Çin Tayvanı əhatə edən təlimlərə başlayıb


 

Çin Tayvanı əhatə edən təlimlərə başlayıb<b style="color:red"></b>

Suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinqte vəzifəyə gəldikdən üç gün sonra Çin adanı və ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başlayıb.

525.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada Çin ordusunun Tayvan boğazı, Tayvan adasının şimal, cənub və şərq bölgələri ilə yaxın Kinmen, Matsu, Vuçi və Dongyin adaları ətrafında birgə hərbi təlimə başladığı bildirilib.

Komandanlığın sözçüsü Li Si təlimin Tayvanın müstəqillik hərəkətlərinə bir cəza və xarici qüvvələrin müdaxiləsinə qarşı xəbərdarlıq olduğunu söyləyib.

Məhəmməd Tağıyev

 





23.05.2024    çap et  çap et