525.Az

300 illik gəmi araşdırılacaq


 

300 illik gəmi araşdırılacaq<b style="color:red"></b>

Təxminən 300 il əvvəl Karib dənizində batan və içərisində milyardlarla dollar dəyərində xəzinə olan İspaniyanın "San Xose" hərbi gəmisinin qalıqlarını araşdırmaq üçün Kolumbiyada sualtı ekspedisiyanın ilk mərhələsinin başladığı açıqlanıb.

525.az xəbər verir ki, Kolumbiya Antropologiya və Tarix İnstitutundan (ICANH) verilən açıqlamada Kartaxena liman şəhəri yaxınlığındakı "San Xose" gəmisini araşdırmaq üçün ekspedisiyanın birinci mərhələsində uzaqdan idarə vasitəsi ilə qalıqların fotoşəkillərinin çəkiləcəyi bildirilib.

2015-ci ilin dekabrında o dövrün Kolumbiya hökuməti 18-ci əsrdə Karib dənizində batmış "San Xose" qalleonunun qalıqlarını Kartaxena sahillərində tapdığını açıqlamışdı.

Məhəmməd Tağıyev

 





23.05.2024    çap et  çap et