525.Az

Berlindəki nümayişə polis müdaxilə edib


 

Berlindəki nümayişə polis müdaxilə edib<b style="color:red"></b>

Almaniyanın paytaxtı Berlində bir qrup tələbənin Fələstinə dəstək nümayişi keçirməsinə polis müdaxilə edib.

525.az xəbər verir ki, Mitte bölgəsində bir qrup tələbə Humboldt Universitetinin Sosial Elmlər Fakültəsi binasında etiraz aksiyası keçirib. Belə ki, tələbələr binanın çöl hissəsində "Azad Fələstin" yazılmış pankart asıb. Binanın qarşısındakı küçəyə toplaşan bir qrup tələbə də burada etiraz edib.

Fələstinin lehinə şüarlar səsləndirən tələbələrə polis müdaxilə edib. Bir çox nümayişçi saxlanılıb. Daha sonra polis bu qrupa binadan təxminən 100 metr aralıda nümayiş keçirməyə icazə verib.

Qeyd edək ki, fakültə binasındakı tələbələr Berlin Humboldt Universitetinin rektoru Julia von Blumentalın görüş təklifini qəbul edib.

Məhəmməd Tağıyev

 





23.05.2024    çap et  çap et