525.Az

Milli Müdafiə Universitetinin tabeliyində hərbi kolleclər yaradılıb


 

Milli Müdafiə Universitetinin tabeliyində hərbi kolleclər yaradılıb<b style="color:red"></b>

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.

525.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

 





23.05.2024    çap et  çap et